BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı polisi jurnalistlərə müraciət etdi

“Kütləvi tədbirlər zamanı ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur”.

 

Pravda.az xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərin kütləvi tədbirlər zamanı davranış qaydaları və təhlükəsizliyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

 

E.Hacıyev qeyd edib ki, kütləvi tədbirləri və aksiyaları işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər: “Jurnalistlərə peşə davranışının tələblərinə rəhbər tutmalarını, digər iştirakçılardan fərqlənmələri üçün Mətbuat Şurasının müəyyən etdiyi, üzərində "PRESS" yazılan gödəkcə geyinmələrini tövsiyə edirik”.

Tarix: 5 Noyabr 2019, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin