BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın dövlət qurumunun İran səfirliyinə qarşı iddiası ilə bağlı qərar verildi

Bakı Kommersiya Məhkəməsində Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İranın Azərbaycandakı səfirliyinə qarşı iddası üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevanın sədirliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Dövlət Xidmətinin iddiası təmin edilib.

 

Qeyd: Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti İranın Azərbaycandakı səfirliyini məhkəməyə verərək torpaq mübahisələri və digər məsələlər barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 4 İyul 2023, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin