BURADA REKLAMINIZ OLA
BİLƏR

"TOP Supermarket" məhkəməyə verildi

Bakı Kommersiya Məhkəməsində "Milla Dairy" MMC-nin "TOP Supermarket" MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin edilib.

 

Qeyd: "Milla Dairy" MMC "TOP Supermarket" MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 4 İyul 2023, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin