BURADA REKLAMINIZ OLA
BİLƏR

“Zilzal” surəsini oxuyanda, zəlzələ olmur? - AÇIQLAMA

““Qurani-Kərim”də “Zilzal”, yəni “Zəlzələ” surəsini zəlzələnin qarşısını alan surə kimi qiymətləndirmək düzgün deyil. Əgər belə olsaydı, onda Türkiyədə o cür dəhşətli zəlzələ olmazdı. Çünki Türkiyədə “Zilzal” surəsini oxuyanların sayı, bəlkə də, bütün dünyadan çoxdur. “Quran”dakı surələri həyatda baş verən hadisələrlə tam şəkildə bağlamaq da düzgün deyil. “Bu surəni oxusaq, Allah zəlzələni dayandıracaq, yaxud zəiflədəcək, ümumiyyətlə, zəlzələnin olmasını əngəlləyəcək” - belə bir şey yoxdur. Bu həm “Zilzal” surəsinə, həm də başqa surələrə aiddir... “Zilzal” surəsini oxuyanlar özləri-özlərini inandırıblar ki, 15-50 dəfə bu surəni oxusan, zəlzələ olmaz, olsa da, o qədər qorxulu olmayacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev deyib.

R.Əliyev bildirib ki, bütün bunlar “Quran”ın mahiyyətinə zidd olan söhbətlərdir: ““Quran” bizə həyat təcrübəsi kimi, uzun zaman yaşamaq üçün istiqamətlər verir. Biz onları oxuyuruq. Bəziləri “Quran”da buyrulanlara əməl edir, bəziləri yox. “Zilzal” surəsini də oxumaq olar. Nə qədər çox surə oxusan, insan bir o qədər çox rahat olur. Amma “Zilzal” surəsinin birbaşa zəlzələnin olub-olmaması ilə bağlı heç bir əlaqəsi yoxdur”.

 

Aytəkin Qardaşova

Tarix: 4 İyul 2023, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin