BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: “Lap Əli Kərimlinin telefonu yoxdursa, üç nəfər cəbhəçi gedib onun evinə baxa bilmirdi ki, vəziyyəti necədir?”

“Ümumiyyətlə, AXCP fəaliyyətə başlayan dövrlərdən indiyə qədər belə təxribatlarla məşğul olur. Yalandan deyirdilər ki, guya kimisə mitinqdə vurdular, Əli Kərimlinin internetini kəsidilər. Sonra dedilər ki, Əli Kərimlinin evində yeməyi yoxdur, acından ölür, bağlayıblar, guya evindən çıxa bilmir. Bütün bunlar hamısı təxribatdır. Lap Əli Kərimlinin telefonu yoxdursa, üç nəfər cəbhəçi gedib onun evinə baxa bilmirdi ki, vəziyyəti necədir? Elementar bir sual ortaya qoyulur ki, deməli, bu adamı bütünlüklə mühasirəyə alıblar? Bu kimdir? Nə ictimai-siyasi çəkisi var? Sadəcə, bir dərnəyin sədridir, vəssalam. Əli Kərimli heç öz partiyasına da sədrlik edə bilmir. Gedib özünü anti-milli şuraya qoşub, orada beş-altı nəfər var, onlarla ünsiyyət qurur. Qalan halda bu adamın nə partiyasında, nə də elə o anti-milli şurada heç bir sosial bazası, elektoratı yoxdur. Onun dedikləri də hamısı cəfəngiyyatdır”. 

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov iyulun 3-də baş verən zəlzələ zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin telefon xətlərinin iqtidar tərəfindən qəsdən kəsilməsi iddialarına münasibət bildirərkən deyib. 

 

“Azərbaycan Ermənistan üzərində qələbə çaldıqdan, torpaqlarımız işğaldan azad olunandan sonra bu adam özünü tamam itirib. Çıxışlarının da hamısı erməni mənbələrindəndir, dedikləri ermənilərin dilidir. Ermənilərin fikirlərini, onların öyrətdiklərini Azərbaycan ictimaiyyətinə sırımaq istəyir. Azərbaycan cəmiyyəti savadlı cəmiyyətdir. Hamı gözəl başa düşür ki, indiki zamanda kiminsə telefon xəttini kəsmək, nömrə dəyişmək... Təkcə ev telefonu deyil ki. İnternet, kompüter, iPad, mobil telefon deyilən vasitələr var. Sadə məsələdir. Belə şey iqtidarın nəyinə lazımdır ki, heç bir əhəmiyyət kəsb etməyən bir adamın telefonlarını kəssin? Lazım da deyil. Belə şey o vaxt olur ki, hansısa terrorçu, binanı zəbt edən varsa, ora zəng getməsin deyə lokasiya yaranır. Əli Kərimlinin yaşadığı binada əlli adam yaşayır, hamısının da telefonu işləyir”, - komitə sədri deyib. 

 

Aytəkin Qardaşova 

Tarix: 4 İyul 2023, 14:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin