BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda koronavirusa yoluxanların sayı azalır - RƏSMİ

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 30 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Tarix: 23 Aprel 2020, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin