BURADA REKLAMINIZ OLA
BİLƏR

Astarada qayınanasına xəsarət yetirib arvadını öldürən şəxs məhkəmə qarşısında

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Martın 18-da saat 16 radələrində Astara rayonu Şiəkəran kəndində 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın kəsici-deşici alətlə öldürülməsi və anası 1970-ci il təvəllüdlü Sevda Ramazanovaya xəsarət yetirilməsi polisə məlumat daxil olub.

 

Cinayət əməlinini törətməkdə şübhəli bilinən Ə.Ramazanovanın həyat yoldaşı, 1991-ci il təvəllüdlü Fərmayil Fizuli oğlu Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Tarix: 5 İyul 2023, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin