BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbdə sinif yoldaşının ayağını sındıran şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Tərtərdə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən 1988-ci il təvəllüdlü Heydər Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

 

İttihama görə, 22 dekabr 2021-ci il tarixdə, saat 12 radələrində Tərtər rayonunun Gülabatlı kənd tam orta məktəbinin binasında qeydə alınıb.

 

Belə ki, 2007-ci il təvəllüdlü Heydər Məmmədov xuliqanlıq niyyəti ilə sinif yoldaşı, Bərdə rayonunun Hacallı kəndinin sakini, zərərçəkmiş Qabil Əliyevin qəsdən bel nahiyəsindən tutaraq havaya qaldıraraq yerə vurub. Nəticədə Qabil Əliyevin sağ bud sümüyü sınaraq az ağır dərəcəli bədən xəsarəti yetirib.

 

Heydər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Tərtər Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin cəzasını azaldaraq, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

 

Kamal Məmmədov

Tarix: 5 İyul 2023, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin