BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq icra nümayəndəsi yenidən məhkəmə qarşısında

Şəki Apellyasiya Məhkəməsində Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası iyulun 19-na təyin edilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib. Rəşad Şükürov CM-nin 312 (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinib. Lakin təqsirləndirilən şəxsə münasibətdə CM-nin 70 (şərti məhkum etmə) maddəsini tətbiq edilib. Rəşad Şükürova yekun olaraq 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

 

Qeyd: Rəşad Şükürov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

 

Rəşad Şükürova qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. İstintaqın gedişi zamanı rüşvət alma ilə bağlı ittihamlar CM-nin 178-ci( dələduzluq) maddəsinə tövsif edilib.

 

Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilib, sonradan isə ev dustaqlığına buraxılıb.

 

Kamal Məmmədov

Tarix: 5 İyul 2023, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin