Bakıda keçmiş arvadını və oğlunu öldürməyə cəhddə təqsirləndirilən Eldar Dadaşovun məhkəməyə verdiyi ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllini törətməkdə özünü təqsirli bilib.
1955-ci il təvəllüdlü Eldar Dadaşov ifadələrində göstərib ki, 1986-cı ildə zərərçəkmiş Nazilə Pirimova ilə evlənib. Həmin evlilikdən 1988-ci il təvəllüdlü Ağaəli adlı oğlu var.
Təxminən altı il əvvəl Nazilə ilə yola getmədiyinə görə onunla boşanıb. Hazırda onların yaşadıqları ev Eldarın atasının evidir. Ev hələ də onun atasının adınadır. Həmin evin yaxınlığında ayrıca ev var. Həmin evdə Eldar əvvəllər qoyun saxlayıb. Orada yaşamaq üçün şərait yoxdur.
O deyib ki, Ağaəli və onun arvadı onunla mübahisələr edib, onu dəfələrlə münaqişəyə cəlb ediblər. Eldar da bezib bir müddət yaşamaq üçün şəraiti olmayan həmin evdə yaşayıb. Həmin evdə şərait dözülməz olduğundan arabir öz evinə gəlib. Lakin oğlu və gəlini ona öz evində qalmağa icazə verməyiblər. Eldar da bu səbəbdən həmin şəraitsiz yerdə yatıb. O, oğluna və gəlininə evi satıb, həmin pula onlara, özünə ev alıb yaşamağı təklif edib. Lakin onlar onunla razılaşmayıb. Buna görə də ailəsi ilə həmin evə görə mübahisələri olub. Eldar isə hamamda qaldığı üçün axşamlar oranı qızdırıb, özünə evdə yemək bişirib. Gəlini hamamın qızdırmasının və yemək bişirməsinin qarşısını almaq üçün axşamlar qazı sayğacdan söndürüb. Bunun üçün də dəfələrlə gəlini ilə mübahisəsi olub. Oğlu da ona öz evində yaşamasına razılıq verməyib, atasının əşyalarını çölə atıb.
Hadisədən qabaqkı gün axşam saatlarında yenidən Eldarla oğlu Ağaəli və gəlini ilə aralarında mülklə bağlı mübahisə olub. Həmin gecə o, yenə hamamda yatıb. 13 noyabr 2022-ci il tarixdə öz avtomobili ilə digər evə gedərək orada saxladığı özünə məxsus qoşalülə ov tüfəngini götürüb yaşadığı hamama qoyub. Bundan sonra saat 10:00 radələrində evə gəlib. Həmin vaxt oğlu, gəlini və nəvəsi qonaq otağında olub. Arvadı Nazilə isə həmin vaxt öz otağında azyaşlı uşaqlara dərs keçirmiş. O, yenidən oğlu və gəlininə evdən çıxmalarını, evi satacağını bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra Eldar gəlini Günelin ayağından vurub şikəst etmək istəyib. Buna görə də yaşadığı hamam otağından ov tüfəngini və sellofan torbanın içərisində olan patronları götürüb, evin həyətinə qoyub. Həyətdə silahı doldurub patronlar olan sellofan torbanı isə qapının yanında qoyub. O, Günelin hərəkətlərindən bezdiyi üçün onu vurmaq üçün evin qapısını açdıqda gəlininin masanın yanında dayandığını görüb, tüfəngin tətiyini sıxıb. Həmin an silahdan atəş açılmayıb. Eldar silahı yoxlamaq üçün aşağı əyəndə atəş açılıb və döşəməni zədələyib. O, yenidən Güneli nişan alıb qadına atəş açsa da, gəlnini vura bilməyib. Bu vaxt azyaşlı nəvəsi də otaqda olub. Bundan sonra Günel uşağını götürüb qaçıb. Eldar isə silahı yenidən doldurub. Bu zaman oğlu Ağaəli onun üzərinə tərəf qaçaraq taxta stulu atasına tərəf atıb. Stul ona dəyməyib. Eldar isə Ağaəli tərəf atəş açaraq onu vurub. Ağaəli yaralandıqdan sonra evin içərisinə qaçıb. Təqsirləndirilən şəxs də evə girmək istəyəndə Nazilə qapını bağlayıb. O, Naziləyə “yoldan çəkil” desə də qadın çəkilməyib. Eldar da qapının şüşəsini sındırıb ona atəş açaraq qadını vurub.
Bundan sonra yenidən qapının yanında silahı dolduraraq gəlinini vurmaq üçün evin içərisinə girib. Ağaəli yaralı vəziyyətdə onun üzərinə gəlib silahı əlindən almaq istəyib. Hər ikisi yerə yıxılıb bir qədər yerdə süpürləşmişlər. Oğlu onun üzərinə çıxıb silahı atasının əlindən almaq istəyib. Bu zaman gəlini də ora gəlib silahı Eldarın əlindən alıb küçəyə çıxıb. Bundan sonra qonşular gəlib onu sakitləşdirib, Ağəlini və Naziləni xəstəxanaya aparıblar.
O, tutduğu əməldən peşman olduğunu söyləyib.
Qeyd: Hadisə ötən il noyabrın 13-də Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1955-ci il təvəllüdlü Eldar Dadaşov şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı, 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşovanı ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürmələrinə cəhd edib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Eldar Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
Ən son xəbərləri səhifəmizdən də izləyin