BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sağlam Ailə" “Akkord”la bağlı məhkəməyə müraciət etdi

"Sağlam Ailə" MMC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, "Sağlam Ailə" müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: İddialara görə, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.

 

Kamal Məmmədov

Tarix: 5 İyul 2023, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin