BURADA REKLAMINIZ OLA
BİLƏR

“Veysəloğlu-Rossmann” cərimələndi

“Veysəloğlu-Rossmann” MMC-nin barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Nigar Qədirlinin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Veysəloğlu Şirkətlər Qrupu 2022-ci ildə Almaniyanın “Rossmann” markası ilə birgə layihə çərçivəsində Bakıda ilk mağazanın açılışını edib.

 

Kamal Məmmədov

Tarix: 6 İyul 2023, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin