BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadını vuran şəxs məhkəmə zalında həbs edildi

Abşeron Rayon Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Tərlan Mirzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yer getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub, barəsində həbs qətimkan tədbiri seçilib və dərhal məhkəmə iclası zalından həbs edilib.

 

Qeyd: Hadisə ötən ilin dekabrında hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, 1968-ci il təvəllüdlü Mirzəliyev Tərlan Ağabala oğlu idarə etdiyi "VAZ-2109" markalı avtomobillə həmyaşıdı Qasımova Şəmsiyyə Məhsim qızını vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi açılıb, daha sonra o, məsuliyyətə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 6 İyul 2023, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin