BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvətə görə həbsdə olan şəxslə bağlı qərar verildi

Gəncə Apellyasiya Məhkəməsində Goranboy rayonunda rüşvət almaqda təqsirləndirilən Elyar Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Cəfərova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, E.Cəfərov Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində çalışarkən 2020-ci ilin iyununda 33 ha torpaq sahəsinin icarəyə verilməsi üçün vətəndaşdan yeddi min manat rüşvət alıb, lakin verdiyi vədə əməl etməyib.

 

Daha sonra vətəndaş Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və E.Cəfərov həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 6 İyul 2023, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin