BURADA REKLAMINIZ OLA
BİLƏR

Əqli məhdudiyyətli qızına zülm edən ata ilə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində əqli məhdudiyyətli azyaşlı uşağa əzab verməkdə, onu zirzəmidə və həyətdəki boruya bağlı vəziyyətdə saxlamaqda ittiham olunan Elman Bədəlovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Elman Bədəlov 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

 

İttihama görə, dörd övlad atası olan Elman Bədəlov orta dərəcəli əqli gerilik davranış pozğunluğu və “kaxeksiya” diaqnozu qoyulmuş qızı Nuranə Bədəlovaya tibbi kömək göstərilməsi və lazımi şəraitdə saxlanılması üçün ixtisaslaşdırılmış tibb müəssəsilərinə müraciət etməyib. O, qızının keçirdiyi psixoloji xəstəlik səbəbindən 2022-ci ildən etibarən digər ailə üzvlərinin də ona qulluq göstərməsinin qarşısını alaraq, keçirdiyi psixoloji xəstəliyinə görə qızını günahlandırıb. Xəstə övladını mütəmadi olaraq döyərək ona xəsarətlər yetirib, evin zirzəməsində, qaranlıq yerdə aclığa, qeyri-insani rəftara məruz qoyub, həyətdəki dirəyə bağlamaqla saxlayıb. 

 

Törətdiyi əmələ görə Elman Bədəlova qarşı Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6 və 145.2.5-ci (Əzab vermə - köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə və qanunsuz azadlıqdan məhrumetmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 6 İyul 2023, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin