BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış vəkil Elza Seyidcahanın AYB-yə üzv olmasına aydınlıq gətirdi

“Bir neçə gündür ki, müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunması cəmiyyətdə geniş şəkildə müzakirə olunur. Çoxları hesab edir ki, Elza Seyidcahanın yazdığı şeirlər gülüncdür və ədəbiyyat kriteriyalarına cavab vermir, buna görə də onun AYB-yə üzv qəbul olunması yolverilməzdir. Hesab edirəm ki, bu mübahisəyə AYB-nin Nizamnaməsinə müraciət etməklə son qoya bilərik. AYB-nin internetdə yayımlanmış Nizamnaməsinin dördüncü hissəsinə əsasən, hər bir şəxs AYB-yə üzv qəbul olunmaq üçün Birliyin birinci katibinə ərizə ilə müraciət edir. Birinci katib də öz növbəsində İdarə Heyətinin formalaşdırdığı Ekspertlər Şurasına müraciət edir ki, üzv olmaq istəyən şəxsin peşəkar ədəbi yaradıcılıqla məşğul olub-olmadığına dair rəy verilsin. Ekspertlər Şurası bu barədə rəy verdikdən sonra Birliyin birinci katibi İdarə Heyətinə müraciət edir. İH sadə səs çoxluğu ilə həmin şəxsin AYB-yə qəbul olub-olunmaması barədə qərar verir...”

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Vamiq Şükürov deyib.

 

“Göründüyü kimi, burada əsas meyar şəxsin peşəkar ədəbi yaradıcılıqla məşğul olmasıdır. Yəni şəxs peşəkar yazıçı olmalıdır. Öz əsərləri, şeirləri, romanları və digər əsərlərinin çap olunduğu kitabları olmalıdır. Yaxud da müxtəlif ədəbiyyat dərgilərində əsərləri nəşr olunmalı, yayımlanmalıdır. Ya da həmin şəxs peşəkar yazıçı olaraq nəşriyyatlarla işləməlidir. Nəşriyyatlar onun əsərini müqavilə əsasında yayımlamalı, dərc etməlidir. Hesab edirəm ki, Nizamnamənin tələbi əsasında Elza Seyidcahanla bağlı mübahisəyə cavab verə bildim...”, - vəkil vurğulayıb.

 

Aytəkin Qardaşova

Tarix: 8 İyul 2023, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin