BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanışını öldürən şəxs hökmdən narazıdır

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Şəmşad Əhmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 13-nə təyin edilib.

 

Şikayət hakim Həsən Əhmədovun sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Şəmşad Əhmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Şəmşad Əhmədov barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

 

Qeyd: Hadisə ötən ilin yanvarında paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb.

 

Belə ki, 1974-cü il təvəllüdlü Şəmşad Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışı, 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib. Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 10 İyul 2023, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin