BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Düşünürlər ki, Azərbaycanda istehsal olunan dərmanlar keyfiyyətli olmayacaq...”

“Yerli dərman istehsalı məsələsinin gündəmə gəlməsi ilk dəfə deyil. Hətta bununla bağlı praktiki addımlar da atıldı, Rusiya və İran şirkəti ilə birgə Azərbaycanda dərman istehsalı üçün müəssisələr yaradılmış, bunun üçün vəsait də ayrılmışdı. Amma təəssüf ki, uğursuz oldu, ciddi nəticələr doğurmadı. Problem budur ki, dərman istehsalı bir zavodun qurulması ilə yetərli deyil. Dərmanın komponentləri, xammalı, molekulları var. Azərbaycanın isə elmi bazası yoxdur ki, özü dərmanın xammalını təşkil edən molekul istehsal etsin. Buna görə də Azərbaycanda belə bir məktəbin, təcrübənin, elmi bazanın olmadığını nəzərə alaraq insanlar düşünürlər ki, Azərbaycanda istehsal olunan dərmanlar keyfiyyətli olmayacaq. Necə deyərlər, sanki bəri başdan “ön yarqı” ilə yanaşırlar...”

 

Bu sözləri Pravda.az-a müsahibəsində iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

 

Ekspertin sözlərinə görə, əslində, belə yanaşmaların qarşısını almağın çox asan yolu var: “Dünyada nüfuzlu dərman şirkətləri mövcuddur. “Bayer” və s. kimi məşhur şirkətləri Azərbaycana dəvət etmək olar. Məsələn, “Bayer”in Almaniya zavodunun fəhləsi ayda 4 min avro maaş alırsa, bu şirkət Azərbaycanda açılan zavodda 1000 avroyla, yaxud 700-800 avroyla, yəni 1500-2000 manat arası maaşla çox uğurlu şəkildə işçi qəbul edə bilər. Bu yolla getsələr, Azərbaycanda həm dərman preparatları məsələsi həllini tapar, həm də güvən yaranar ki, dərman Azərbaycan istehsalı deyil, Azərbaycanda istehsaldır. Bunlar fərqli məsələlərdir”.

 

Aytəkin Qardaşova

Tarix: 10 İyul 2023, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin