BURADA REKLAMINIZ OLA
BİLƏR

Xətai RİH səkinin zəbt olunmasına münasibət bildirdi: Tədbir görülüb - YENİLƏNDİ - FOTO

İcra hakimiyyətindən bildirilib ki, səkidən soyuducular kənara çəkilib, yol qismən açılıb. 

 

***

17:51

 

Xətai rayonu ərazisində fəaliyyət göstərən köşkün birinin piyada səkisini zəbt etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi tənqidlə qarşılanıb. Ərazinin bu cür nəzarətsiz buraxılmasına görə Xətai Rayon İcra Hakimiyyəti tənqid edilir.

 

Bu barədə Pravda.az Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

 

RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov sorğumuza cavab olar deyib ki, məsələdən xəbərdardırlar:

 

“Aidiyyatı şöbəyə yönləndirilib, yaxın günlərdə bununla bağlı tədbir görüləcək”.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 10 İyul 2023, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin