BURADA REKLAMINIZ OLA
BİLƏR

Mağazaya basqın edən şəxs məhkəmə qarşısında

Gəncədə tanınmış “Megastore” mağazasında quldurluq etməkdə təqsirləndirilən Nicat Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Rəsmi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Nicat Abdullayev tutularaq istintaqa təhvil verilib.

 

Belə ki, Nicat mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib. Daha sonra o, həmin şəxsin əl və ayaqlarını yapışqan lentlə bağlayaraq mağazadan içində 157 151 manat, 6040 dollar və 18 100 rubl olan seyfi aparmışdı.

 

Polis əməkdaşları tərəfindən seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılmışdı.

 

Kamal Məmmədov

Tarix: 11 İyul 2023, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin