BURADA REKLAMINIZ OLA
BİLƏR

"Muğanbank"ın iddiası ilə bağlı ekspertiza təyin edildi

Bakı Kommersiya Məhkəməsində "Muğanbank" ASC-nin "El" kiçik müəssisəsinə qarşı iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb

 

Qeyd: "Muğanbank" ASC "El" kiçik müəssisəsini məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 11 İyul 2023, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin