BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuran sürücüdən xəbər var

Goranboyda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Abbas Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Abdulla Məmmədovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası iyulun 20-nə təyin edilib.

 

Qeyd: Hadisə bu il martın 12-si saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi magistralının Goranboyun Borsunlu kəndindən keçən 328-ci kilometrliyində dəhşətli hadisə baş verib. Belə ki, Abbasov Abbas Taryel oğlu idarə etdiyi “Mercedes E220D” markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, yolun sağ kənarında dayanmış “Mercedes CLS 63” markalı və “Toyota Rav-4” markalı avtomobillərin sol yan tərəfindən, daha sonra avtomobillərin yanında olan piyadalar - İsgəndərov Ayxan Qabil oğlu və Hüseynov Rəşad Rəşid oğlunu vurub. Nəticədə Ayxan İsgəndərov Gəncə şəhər xəstəxanasında ölüb.

 

Daha sonra Abbas Abbasov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 11 İyul 2023, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin