BURADA REKLAMINIZ OLA
BİLƏR

Astarada “Mercedes”in sürücüsünün törətdiyi qəza ilə bağlı cinayət işi açıldı

Astarada baş verən yol qəzasının təfərrüatı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 10-u saat 17:10-da Kijəbə-Pəlikeş avtomobil yolunun Astara rayonunun Deqədi kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, 1974-cü il təvəllüdlü Məlikov Sərxan Ramazan oğlu idarə etdiyi “Mercedes 313CDİ” markalı yük avtomobili ilə Kijəbə qəsəbəsi istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağında hərəkətdə olan 1994-cü il təvəllüdlü Əliyev Ruslan Əmir oğlunun idarə etdiyi “Mondial” markalı mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü hadisə yerində ölüb.

 

Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

 

Kamal Məmmədov

Tarix: 11 İyul 2023, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin