BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc evlərinin həyətinə girən sərxoş kişini bıçaqladı – MƏHKƏMƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Qabil Həsənovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 29 iyul 2022-ci il tarixdə saat 01 radələrində Şəmkir rayonu Mahmudlu kəndində qeydə alınıb.

 

Belə ki, 2004-cü il təvəllüdlü Qabil Həsənovun qonşuluqda yaşayan zərərçəkmiş Fərman Məmmədovu (soyadı şərti) onların evlərinin həyətinə gəldiyini görüb. O, toydan çıxıb spirtli içkinin təsiri altında olan Fərmandan hansı səbəbdən həyətə daxil olmasını soruşub. Bu zaman zərərçəkmiş şəxs qəsdən Qabilin başından əli ilə vurub. Bu səbəbdən onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Daha sonra Qabil bıçaqla Fərmana qəsdən zərbələr endirib.

 

İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 11 İyul 2023, 14:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin