BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmisi oğlunu bıçaqlayan şəxs tutuldu

Gəncədə əmisi oğlunu bıçaqlayan şəxs tutulub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 11-i saat 20 radələrində Gəncə şəhəri, Qasım bəy Zakir küçəsində qeydə alınıb.

 

Belə ki, 1991-ci il təvəllüdlü Hüseynov Qədir Qədim oğlu öz əmisi oğlu, 1985-ci il təvəllüdlü Hüseynov Məqsəd Məmmədtağı oğlu ilə mübahisə edib. Daha sonra o, Məqsədə bıçaq zərbəsi vurub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 12 İyul 2023, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin