BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə sexdə 2 nəfəri bıçaqlayan şəxslə bağlı qərarı açıqladı

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Qorxmaz Salayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

 

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

 

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qorxmaz Salayev barəsində həbs növündə qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə iclası zalından həbs edilib. Ali Məhkəmənin isə qərarı ilə hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

İttiham aktına qeyd edilib ki, Qorxmaz Salayev qohumu Məhəmmədov Fariz Qasım oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 04.09.2020-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında Mustafayev Ülvi Nüsrət oğlu və Xəlilzadə Ceyhun Əşrəf oğlu ilə mübahisə  edib. Bu zaman o, silah qismində istifadə etdiyi bıçaqla hər iki şəxsin ayağına xəsarətlər yetirib.

 

Daha sonra Qorxmaz Salayev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 12 İyul 2023, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin