BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmira Süleymanova yeni Ombudsmandan danışdı

"Mən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsinə seçilən Səbinə xanımı artıq təbrik etmişəm".

 

Pravda.az-ın xəbərinə görə, bunu Elmira Süleymanova deyib.

 

E.Süleymanova həmçinin bildirib ki, səhhətində heç bir problem yoxdur: "Hər şey yaxşıdır, sağlamlığım da çox yaxşıdır".

 

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib.

 

Xatırladaq ki, bu vaxta qədər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edirdi. E.Süleymanova 2002-ci ildən 2019-cu ilədək Ombudsman olub. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.Report

Tarix: 29 Noyabr 2019, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin