BURADA REKLAMINIZ OLA
BİLƏR

“Türk American Medical Center” barəsində cərimə protokolu yazıldı

“Türk American Medical Center” MMC-nin barəsində daha bir cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik məlumatların verilməsi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

 

Tarix: 13 İyul 2023, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin