BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank “GN Petrol-S LTD" şirkətinə cərimə protokolu yazdı

“GN Petrol-S LTD" MMC-nin barəsində daha bir cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

 

İş hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 13 İyul 2023, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin