BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hələ bir müddət pandemiyadan əvvəlki vəziyyətə geri qayıda bilməyəcəyik" - ÜST

“Azərbaycanda xüsusi karantin rejimindən mərhələli çıxmaqla bağlı plan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun hazırlanır. Amma arxayınlaşaq və tətbiq edilən tədbirləri azaltmaq hələ tezdir”.

 

Pravda.az-ın məlumatına görə, bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 

“Hələ bir müddət pandemiyadan əvvəlki vəziyyətə geri qayıda bilməyəcəyik. Evdə qalmaq və sosial məsafəni gözləmək lazımdır. Azərbaycan hökuməti mayın 5-dən etibarən xüsusi karantin rejiminin yumşaldılmasının üzərində çalışır. Biz də əlimizdən gələn qədəri ilə dəstək olmağa çalışırıq. Azərbaycan xalqına təşəkkür edirəm ki, çətin dövrdə hökumətə dəstək olur, tövsiyələrə əməl edir. Virusa qarşı mübarizə əhalinin tam iştirakı olmadan effektiv sayıla bilməz. İndi bizim daha çox həmrəy olmağımıza ehtiyacımız var”, - deyə H. Harmancı vurğulayıb.

Tarix: 24 Aprel 2020, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin