BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanışını öldürən şəxsin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində tanışını öldürməkdə təqsirləndirilən Şəmşad Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası iyulun 27-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Şəmşad Əhmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Şəmşad Əhmədov barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

 

Qeyd: Hadisə ötən ilin yanvarında paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb.

 

Belə ki, 1974-cü il təvəllüdlü Şəmşad Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışın, 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib.

Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 14 İyul 2023, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin