BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirən Türkiyə vətəndaşı ilə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Azərbaycana qaçaqmalçılıq yolu ilə xüsusilə külli miqdarda qızıl-zinət əşyaları gətirməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Aktas İsmaılın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Türkiyə vətəndaşı cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Daha sonra o, apellyasiya şikayəti verib.

 

İttihama görə, yük maşını idarə edən Aktas İsmaıl xüsusilə külli miqdarda qızıl-zinət əşyalarımı Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib.

 

Belə ki, o, həmin qızıl-zinət əşyalarını 24 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirib. Həmin gün “Qırmızı körpü” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd olunan ümumilikdə xüsusilə külli miqdarda 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları nəqliyyat vasitəsindən aşkar edilərək götürülüb.

 

Kamal Məmmədov

Tarix: 14 İyul 2023, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin