Tanınmış türkiyəli aktyor Ufuk Özkanın yanlış pəhriz səbəbindən üçüncü dərəcəli sirrozdan əziyyət çəkməsi, orqan transplantasiyası edilməsə, 9-12 ay yaşaya biləcəyi barədə xəbər ictimaiyyətdə böyük narahatlıq yaradıb. Günümüzün ən aktual məsələlərindən olan pəhriz çoxları tərəfindən tətbiq olunan arıqlama üsuludur. Təəssüf ki, əksər insanların həkim nəzarəti olmadan internetdə tapdıqları pəhrizləri tətbiq etmələri nəticədə ağır fəsadlara yol aça bilir. Bəs görəsən düzgün pəhriz necə olmalıdır? Pəhriz saxlayarkən ən çox nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı Pravda.az-a müsahibə verən tanınmış dietoloq Leyla Zülfüqarlı məsələnin aktuallığına diqqət çəkib.
O bildirib ki, Ufuk Özkan tanınmış aktyor olduğu üçün onun nümunəsində yanlış pəhrizin fəsadlarını çoxluq görə bilib: “Lakin həkim kimi təcrübəmdə kifayət qədər belə nümunələrlə rastlaşıram. Bir var ki, insan kiloludur, amma xroniki xəstəliyi yoxdur, müdaxilə olunmayan bədəndir. Bir də var ki, həm kiloludur, həm də bir çox xroniki xəstəliyi var. Ən pis halda isə Ufuk Özkan kimi geri dönüşü olmayan vəziyyət yaranır. Artıq vəziyyət elə yerə gəlib ki, orqan transplantasiyası olmalıdır, başqa halda insan yataq xəstəsinə çevrilə bilir, ömür qısalır və sair... Yanlış pəhriz xərçəngə qədər dəhşətli fəsadlara səbəb olur”.
Həkim deyib ki, insalar “pəhriz” sözünə adi yanaşırlar: “Anlamaq lazımdır ki, bədənin vacib resurslarını bədəndən atmaq məsələsini göz önünə gətirməlidirlər. İnsan əməliyyatla bədənindən müəyyən bir kilonu kəsib götürür. Bu məsələdə də yanlışlıqlar var. Pəhriz isə bədəndən artıq kilonu kəsmədən, mexaniki müdaxilə etmədən, fizioloji istiqamətdə müdaxilə edərək artıq çəkini, yağ hüceyrələrini bədəndən uzaqlaşdırır. Bunu yanlış edəndə təbii ki, problem yaranacaq. İç orqanlarımızın, xüsusən sidikçıxarıcı orqanların, böyrəklərimizin ətrafında onları dayaq nöqtəsi kimi fiksasiya etmək üçün vacib yağlar var. Bu səbəbdən də insanı arıqladanda məhz hansı yağlar getməlidirsə, ona nəzarət edirik, nəzarətdə saxlayırıq. Peşəkar şəkildə işləyirik. Özfəaliyyət şəklində pəhriz saxlayanda isə bəzən lazımsız yağlar, xarici, konfiqurativ olaraq bədən xətlərini pozan yağlar yerində qalır, amma iç yağlar parçalanır. Görünür, aktyor Ufuk Özkanda da belə olub. Sirroz əmələ gəlibsə, deməli, qaraciyərin funskiyası pozulub. Qaraciyər toxumasını, hüceyrələrini necəsə itirib. Səhv metodla arıqlayan insanlarda vacib yağlar parçalanır, vacib olmayan yağlar yerində qalır”.
L.Zülfüqarlı yanlış pəhriz nəticəsində əzələsini itirən orqanlar barədə də danışıb: “Əzələ kütləsinin itirilməsi çox dəhşətli məsələdir. Bir çox orqanımız əzələli quruluşa malikdir. Mədə, ürək... Orqanımız nə qədər əzələ itirirsə, deməli, hüceyrəsini itirir. Hüceyrə orqanizmin davamlılığını, yaşamasını təmin edən komponentidir, orqanizmin vəhdət tərkibinin bir hissəsidir. Hüceyrə toxumaları əmələ gətirir, toxumalardan isə orqanlar əmələ gəlir. Orqan bir hissəsini itirməyə məruz qalırsa, sirroza gedir. Demək, aktyorda əzələ itkisi baş verib. İnsanlar pəhrizin mahiyyətini ciddi şəkildə anlamalıdırlar. Ürəyin işemik xəstəliyi, nevroz xəstəliyi olan insanlar haradansa eşitdikləri dərmanı kor-koranə içirlərmi? Qətiyyən yox. Həkim yazmasa, içmirlər. Yaxud təzyiq xəstələri. Həkim müayinəsindən sonra dərmanların dozasını müəyyənləşdirib, qəbul edirlər. Bəs nə üçün dietaya bu qədər kortəbii yanaşırlar? Çünki insanlar hələ də anlamırlar ki, əslində qida qəbul etdiyimiz dərmanlardan on dəfə təsirlidir. Bir çox dərmanların tərkibi qidaların tərkibindəki maddələrdən ibarətdir. Bu məqamda İbn Sinanın sözü yadımıza düşür: “Qidalarımız bizim dərmanımızdır”. Dərman deyə qəbul etdiyimiz qidanın dozasını düzgün tənzimləməyəndə, doğru-yanlış qidanın nisbətini düzgün seçməyəndə, təbii ki, belə böyük problemlər ortaya çıxacaq. Adi anti-depressantları normadan artıq, bir ovuc içsək, ölümlə nəticələnər. Pəhrizi də bu cür müqayisə etmək lazımdır. İnsan nəyə görə bədəninə bu qədər pislik etmək istəsin ki? Sadəcə, “arıqlayım, kor-koranə, internetdən tapdığım, kimdənsə eşitdiyim pəhrizlə kilo itirim, tərəziyə çıxanda rəqəmin dəyişdiyini görüm”. Bu adam anlamır ki, dəyişən rəqəm bədənin vacib resursu olan hüceyrəarası, toxumaarası maye, limfa toxumalarında olan maye, əzələ, bir çox vacib resurs, faydalı yağlarımızdır, yoxsa bizə lazım olmayan yağlardır? Heç kim bunun fərqində deyil. Çünki belə insanları rəqəm maraqlandırır. Həmişə demişəm ki, sağlam, düzgün pəhriz, insanı sağlam arıqlatmaq dünyanın ən çətin işidir. Doğrudan da belədir. Şəxsən bir insana pəhriz yazanda üç saatdan çox vaxtım gedir. O qədər məqamları hesablayıram ki. Sıradan arıqlamağa nə var? Bunu 7 yaşında uşaq da, 70 yaşında qadın da bacarar. Heç nə yeməz, su içər, arıqlayar. Belə nümunələr çoxdur. Sadəcə, siz bunu məşhurlaşan, mediaya çıxan, xəbərə çevrilən aktyorun simasında gördünüz. Biz isə belə fəsadlarla müraciət edən insanlarla hər gün rastlaşırıq”.
Həkim yanlış pəhriz nəticəsində ciddi xəstəliklərlə ona müraciət edən pasiyentlərindən nümunələr gətirib: “Ciddi mədə xorasından tutmuş onikibarmaq bağırsaq xorası, polip, qara ciyərin funksiyasını itirməsinə qədər. Halbuki qaraciyər o qədər ağıllı orqanımızdır ki, ən sonda qışqıraraq nəticəsini deyir. Qaraciyər dəfələrlə özünü bərpa edə bilir. Hormonal problemlərin çox ciddi şəkildə ortaya çıxması, tiroid vəzinin funksiyasının pozulması, xroniki böyrək çatışmazlığına qədər gətirib çıxaran səhv pəhrizlər var. Elə olub ki, pasiyentin hipoqlikemik vəziyyətə düşməsinin şahidi olmuşuq. Yəni ani şəkərin düşməsi nəticəsində pasiyent yıxılıb, travma alıb, nəticədə təcili yardıma aparılıb. Çox sayda belə pasientlər olub. Psixoloji pozuntular, nevrasteniya, depressiv mərhələyə qədər, anoreksik vəziyyətə gətirən səhv pəhrizləri nümunə gətirmək olar”.
Həkim deyib ki, insanın yağ toxumasının öz funksiyası var: “Yağ toxumasının bədənə ötürdüyü faydalı tərəfləri mövcuddur. Yağ toxuması hər gün əmələ gələ bilir. Buna lipogenez deyilir. Parçalanmasına isə lopliz deyilir. Bu proses yerində olmalıdır. Buna səbəb olan çox sayda hormonlarımız var. Hormonların vəziyyəti doğru olsa, bu sistem işləyir. Əks halda, natamamlıq pozulur, lipogenez davam edir, lipoliz dayanır. Nəticədə böyük kilolar meydana gəlir. Tanrı vacib olduğunu bilib ki, insan orqanizmində bu prosesi yaradıb. Hər gün faydalı yağlar yaranarkən onların anında parçalanması nəticəsində insanda faydalı enerji toplanır. Yağ toxumasının parçalanması nəticəsində xərcləyə biləcəyimiz enerji gün ərzində orqanizmimizdə “benzin” rolunu oynayır. Bizi çalışmağa, zehni, fiziki fəaliyyətdə olmağa vadar edir. Görün nə boyda funksiyası var. 1 qram yağ parçalananda 9 kilokalori enerji alınır. Bizə lazımdır ki, yağ toxuması yaransın və parçalansın. Bu prosesi idarə edirik. Səhv pəhrizdə isə bu funksiya dondurulur. Maariflənmə güclü olmalıdır. Hər yerindənduran özünə “qidalanma mütəxəssisi” deyəndə, idmançı da, bloger də durub pəhrizdən danışanda... Müsbət tərəfi budur ki, onlar konkret bir insanla pasiyent kimi işləyə bilmirlər. Çünki məsuliyyəti görürlər, qorxurlar. Qida orqanizmə anında təsir edir. Səhv pəhrizlə bədənin pH balansı pozulur. Bundan ciddi problem yoxdur. Bu zaman heç bir xəstəlik olmayan bədəndə ard-arda bir çox xəstəlik ortaya çıxa bilir. İnsanlara pəhrizin nə qədər böyük anlayış olduğunu başa salmaq lazımdır. 13-14 illik iş fəaliyyətimdə hər dəfə demişəm ki, dietologiya tibbin anasıdır. Kardiologiya sadəcə bir orqanla işləyirsə, dietologiya bütün orqanlar sistemi ilə çalışır. Qidalanma ilə bütün orqanlara təsir edirik. Deməli, dietoloq ayrı-ayrı orqanları müalicə edən həkimlərin işini bilməlidir. Yəni pəhriz bu qədər professional şəkildə tərtib olunmalıdır. Çox insan buna aludə olub. Xüsusilə yeni qaydalar çıxıb. Düşünürlər ki, gündə bir-iki dəfə, əlimə nə keçdi yeyərəm, arıqlayaram. Bəs bu cür arıqlama beş il sonra da sizin sağlam qalmağınızın təminedicisidirmi? Professional şəkildə dieta tərtib edəndə, şəxsən öz adıma deyirəm, uzunömürlülük formulasını işləyirəm. Bu gün arıqlayan insanın beş il sonra da eyni kiloda qalmasını təmin edirəm. Beş-on il sonra bədəndə hansısa xroniki xəsətliklərin ortaya çıxmamasına nəzarət edirəm. Bu çox ciddi, ağır, mürəkkəb iş prosesidir. Xahiş edirəm, insanlar dietaya, dietologiya elminə xəfif yanaşmasınlar. Anlasınlar ki, yanlış pəhrizin ölümə qədər aparacaq fəsadları var”.
Aytəkin Qardaşova
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
Ən son xəbərləri səhifəmizdən də izləyin