BURADA REKLAMINIZ OLA
BİLƏR

Skuter sürənlər öz ampluasında: Qadağalara məhəl qoyulmur... – Deputatdan AÇIQLAMA

Bulvara istirahət etmək üçün gedən şəxslər uzun zaman idi ki, sürətli skuter sürənlərdən narazı idilər. Bu, həm şəhər sakinlərinin rahat istirahət etmələrinə maneə olur, həm də sağlamlıqlarına təhlükə yaradırdı. İyunun 1-dən etibarən Bulvarda elektrik skuterlərinin fəaliyyətinin məhdudlaşdırılması bir qədər insanları rahatlatsa da, lakin bu rahatlıq uzun sürmədi. Belə ki, hər kəsin asudə vaxtını rahat, səmərəli keçirməsini təmin etmək məqsədilə skuterlərin hərəkəti üçün konsepsiya hazırlanıb. Yeni qaydalara əsasən, Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Amma skuter sürənlər bu qaydalara yenə də məhəl qoymurlar. Məsələyə isə nəzarət edən yoxdur. Skuterlər xüsusilə Bulvara azyaşlı uşaqla gedən valideynlərin sərbəst hərəkət etmələrinə elə əvvəlki kimi maneə törədirlər.

 

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, məsələ olduqca ciddidir.

“Skuterlərə qadağa qoymaqla məsələ həllini tapmır. Bakı şəhərində bu problem skuterlər üçün yolun olmaması, səkilərin işğal edilməsi, piyada yolunun olmaması ilə bağlıdır. Yoxsa hər yanda skuterlər məhdudiyyət qoyulsa, insan nə etməlidir? Dünyanın hər yerində skuterlərlə hərəkət edirlər, heç bir problem də ortaya çıxmır. Bu baxımdan, məncə, narahatlıq yaradan səbəb məhz yolların olmamasıdır. Bunu həll etmək lazımdır ki, belə bir problem gündəmə gəlməsin”.

 

Aytəkin Qardaşova

Tarix: 14 İyul 2023, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin