BURADA REKLAMINIZ OLA
BİLƏR

Karantindən sonra iş yerlərinin fəaliyyətində dəyişiklik olacaq - RƏSMİ

Azərbaycanda pandemiya dövründə strukturlar və xidmət sahələrinin fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlanacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Qeyd olunub ki, pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.

 

Qeyd olunan qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.Report

Tarix: 24 Aprel 2020, 17:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin