BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bilmirəm onlar meşədənmi çıxıblar?" - Akif İslamzadədən SƏRT SÖZLƏR

"Qonşum dedi ki, kimsə yaşlı adamlara kömək edir. Etmək yaxşıdır, amma onu danışmaq düzgün deyil".

 

Pravda.az-ın xəbərinə görə, bunu Xalq artisti Akif İslamzadə deyib.

 

 A.İslamzadə bildirib ki, sağ əl verəni sol əl bilməməlidir: “Belə şeyləri danışmazlar. Kiməsə kömək edirlər. Bu haqqda başqa adam məlumat verə bilər. Bir də var  özü çıxıb deyə ki, kiməsə bazarlıq etmişəm. Belə şeyləri dilə gətirməzlər.  Ya biz bu dövrün adamı deyilik. Bu ədəb ərkandır. Bilmirəm onlar meşədənmi çıxıblar? Ev tərbiyəsi görməyiblər? Ya nədir? Nə olur, olsun. Dəxli yoxdur. İstəyir hökümət işçisi, istəyir bazar adamı ol,  amma etdiyin işi danışmazlar. Ehsandır, onu söyləməzlər. Başqası danışsa olar. Amma çıxıb özün bildirəsən ki, 100 manat kiməsə kömək etmişəm düzgün iş deyil”. Sherg.az

Tarix: 24 Aprel 2020, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin