BURADA REKLAMINIZ OLA
BİLƏR

“Güllübulaq” şirkətinin rəhbəri ilə bağlı protestə bu tarixdə baxılacaq

Külli miqdarda mənimsəmə və vergiləri ödəməkdən yayınmaqda təqsirləndirilən "Güllübulaq” (indiki ERBİ-H) MMC-nin keçmiş rəhbəri Füzuli Adıgözəlovun barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas iyulun 19-na təyin edilib.

 

Kassasiya protesti hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Xarırladaq ki, Füzuli Adıgözəlov 3 il əvvəl- 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

 

İttihama görə, Füzuli Adıgözəlov 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib, "Güllübulaq” MMC-yə məxsus 1 milyon 885 min manat hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib.

 

Bundan başqa, Füzuli Adıgözəlov 2011-2015-ci illər ərzində 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham olunub.

 

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Füzuli Adıgözəlov verilmiş ittihamlarla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsə bəraət verib. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan Baş Prokurorluq protest verib.

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2023, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin