BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadın şirkət rəhbəri yenidən məhkəmə qarşısında

Bakıda dələduzluqda təqsirləndirilən “Daniz Travel” MMC-nin direktoru Azadə Səfərovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən qadın barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Proses iyulun 19-na təyin edilib.

 

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Azadə Səfərova 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Azadə Səfərova “Daniz Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olub.

 

Onun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında cinayət işi başlanıb.

 

İstintaqla Azadə Səfərovanın öz qulluq mövqeyindən istifadə edərək Türkiyə Respublikasına tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsinə, bu qanunsuz hərəkətləri ilə ona etibar olunmuş 1 milyon 525 min manat məbləğində özgə əmlakını təkrarən xeyli miqdarda mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Azadə Səfərova Cinayət Məcəllənin 179.2 (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) və 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.

 

İstintaq zamanı Azadə Səfərova zərərçəkmişlərin bir qisminin zərərini ödəyib.

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2023, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin