BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşı piyadanı vuraraq öldürdü - CƏZA

Səbail Rayon Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Səməd Habilovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 2 il 10 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin.

 

İtrihama görə, hadisə paytaxtın Səbail rayonu Salyan yolunun Bayraq Meydanının qarşısından keçən hissəsində qeydə alınıb.

 

Belə ki, 1983-cü il təvəllüdlü Səməd Habilov etibarnamə ilə idarə etdiyi "BMW X-5" markalı avtomobillə Salyan yolu ilə şəhər istiqamətində hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozmaqla yolun qarşı hissəsində tıxac olması səbəbindən maşını əvvəlcə sağdan ikinci zolaqla, daha sonra birinci zolaqla saatda 10/20 km/saat sürətlə arxaya sürüb. Bu zaman o, yolu sağdan sola doğru keçməyə başlayan zərərçəkmiş Sabir Quliyevi (şərti) avtomobilin arxa hissəsi ilə vuraraq xəsarət yetirib. Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən 2 gün sonra müalicə müəssisəsində ölüb.

 

Səməd Habilovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Qeyd: Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində gəmi kapitanının böyük köməkçisi işləyir.

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2023, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin