BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan Etibar Toğruldan xəbər var

Dələduzluqda ittiham olunan sayt rəhbəri Etibar Toğrulun (Əliyev) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 19-na təyin edilib.

 

Şikayət hakim Elmar Rəhimovun sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Etibar Toğrul verilmiş ittihamla təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Etibar Toğrul 3 nəfərə yalan vəd verərək onların 123 min manat pulunu ələ keçirib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Etibar Toğrul "Xəbər var" qəzetində baş redaktor, "Vetenperverler.az" saytında redaktor kimi fəaliyyət göstərib.

 

O, həmçinin "XeberBiz.com" və "TehsilXeber.com" xəbər portalının rəhbəridir.

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2023, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin