BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyi sağalan xəstələrlə bağlı məlumatı açıqladı

"Azərbaycanda hələ də epidemioloji gərginlik müşahidə olunur".

 

Pravda.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

 

Nazir müavini bildirib ki, karantin rejiminin tətbiqi vəziyyəti nəzarət altında saxlamağa imkan verib: "Bu da diaqnostik imkanlar və xəstəliyin vaxtında aşkar edilməsi nəticəsində baş verib".

 

V.Qasımov qeyd edib ki, testlərin nəticəsi son iki həftə ərzində sağalan şəxslərin sayındakı artımda özünü göstərir: "Bu günə qədər 64% xəstə sağalıb".

Tarix: 24 Aprel 2020, 19:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin