BURADA REKLAMINIZ OLA
BİLƏR

Kütləvi davada qətl törədən şəxslər apellyasiya şikayəti verdi

Tovuzda qətl törətməkdə təqsirləndirilən Vüsal Əhmədov və Anar Tağıyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 18-nə təyin edilib.

 

Hazırda şikayət hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılır.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Əhmədov 17 və Anar Tağıyev 16 il müddətində azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin iyulunda Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb. Dava zamanı 1987-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlu bıçaqlanaraq qətlə yetrilib. 1987-ci il təvəllüdlü Tağıyav Anar Mammed oğlu, 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Hadisənin təfərrüatlarına gəlincə, Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Tağıyev Anar Mammed oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu ilə mübahisəsi düşüb.

 

Mübahisəyə 35 yaşlı Vəliyev Nizami də qarışıb. İlkin məlumata görə N.Vəliyev digər şəxslərə nalaiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava düşüb. Bu zaman Anar Tağıyev Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurub. Sonuncu hadisə yerində dünyasını dəyişib. Əhmədov Vüsal və Tağıyev Anar da bıçaq xəsarətləri alıb.

 

Daha sonra Vüsal Əhmədovlə Anar Tağıyev istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2023, 10:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin