BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sağlam Ailə" şirkəti “Akkord”u yenidən məhkəməyə verdi

"Sağlam Ailə" MMC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağlı yenidən məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, "Sağlam Ailə" müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: Daha əvvəl "Sağlam Ailə" MMC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni eyni iddia ilə məhkəməyə vermişdi

 

Qeyd: İddialara görə, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2023, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin