BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Tağıyevin anası: “Şprislə yemək yeyir”

Xəbər verdiyimiz kimi, İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əməliyyat olunub.

 

V.Tağıyevin anası Təranə Tağıyeva Pravda.az-a açıqlamasında oğlunun səhhəti barədə məlumat verib.

 

O bildirib ki, Vasif Tağıyevin əməliyyatı yaxşı keçib, evə buraxılıb: “Çənəsində olan platin lövhələri çıxarıblar. 10 gündür ki, dişlərini bir-birinə bağlayıblar. Şprislə yemək yeyir. Allahın izni ilə yaxşı olar. Sümük birləşməsə, yenidən əməliyyat olunacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 17 İyul 2023, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin