BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəsimi RİH “Olympus” MTK ilə bağlı məsələyə münasibət bildirdi - YENİLƏNDİ

Nəsimi Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Asim Rzayevin verdiyi açıqlamanı olduğu kimi təqdim edirik:

 

“Nəsimi rayonu "Avrasiya Construction" MMC (“Olympus” MTK) tərəfindən vətəndaşların mənzil hüquqlarının pozulması barədə elektron müraciətinizə tərəfimizdən baxılıb. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarına uyğun  olaraq, Nəsimi rayonu Feyzulla Qasımzadə, Mirəli Qaşqay, Akademik Mirəsədulla Mirqasımov və Azadlıq prospektinin kəsişməsində “Avrasiya Construction” MMC tərəfindən pilot layihə həyata keçirilir. Sözügedən ərazidə yaşayan mülkiyyətçilərdən hər biri ilə müqavilə bağlanılıb, mənzillər boşaldılaraq şirkətə təhvil verilib. Məhəllədə tikinti ərazisinə düşən evlər sökülüb, tikinti işlərinə başlanılıb. Nəzərdə tutulmuş tikinti işləri öhdəliyə uyğun olaraq sürətlə davam etdirilir. Bildiririk ki, ərazidəki sakinlər qarşılıqlı razılaşma əsasında köçürülərək  tikinti işləri aparılıb. Lakin şirkət tərəfindən edilən ədalətli təkliflərə baxmayaraq, bir ailə ilə ailədaxili mübahisə zəmnində razılıq əldə olunmayıb. Həmin ailənin üzvlərinə məsələnin məhkəmə qaydasında həlli tövsiyə edilib”.

 

***

16:19

 

"Olympus park" tikinti şirkətindən narazı olan Nəsimi rayon sakinləri iddia edirlər ki, Nəsimi Rayon İcra Hakimiyyəti onların şikayətlərinə baxmır, vətəndaş qəbulları zamanı RİH səlahiyyətliləri tərəfindən təhqir olunurlar.

 

Pravda.az xəbər verir ki, bu barədə sakinlərin sosial şəbəkələrdə yayılan şikayət videolarında bildirilib.

 

Onların sözlərinə görə, Nəsimi Rayon İcra Hakimiyyətinin Ələsgər adlı səlahiyyətli nümayəndəsi deyib ki, Nəsimi RİH "Olympus" şirkəti ilə bacarmır, buna görə də heç nə edə bilmirlər. Vətəndaşlar iddia edirlər ki, onları təhqir edən də məhz həmin səlahiyyətli nümayəndə olub.

 

Pravda.az məsələni araşdırmaq üçün iyulun 10-da Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasa da, RİH tərəfindən hələ də heç bir mövqe bildirilməyib.

 

Aytəkin Qardaşova

Tarix: 17 İyul 2023, 18:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin