BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şirkətin iddiası üzrə məhkəmə başladı

Bakı Kommersiya Məhkəməsində “Yük Taksisi.Az” MMC-nin (166 xidməti) "Nila Kimya Az" MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası iyulun 26-na təyin edilib.

 

Qeyd: “Yük Taksisi.Az” MMC "Nila Kimya Az" MMC-ni məhkəməyə verərək daşıma müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: "Yük Taksisi.Az" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudr.

 

Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda "Yük Taksisi.Az" və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.

 

Kamal Məmmədov

Tarix: 18 İyul 2023, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin