BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəhdət Partiyasından Cəmil Həsənliyə cavab: “Tahir Kərimlinin nüfuzu bizə çox yardım edib”

“Milli Şuranın sədri Cəmil Həsənli “Osmanqızı TV”də Vəhdət Pariyasını aşağılayan müsahibə verib. Guya bu Partiyanın heç 120 üzvü yoxdur, Tahir Kərimli də Əli Kərimlini və onu tənqid edir ki, Partiyasını qeydə alsınlar, AXCP-nin bir rayon təşkilatının üzvləri digər partiyaların üzvlərinin cəmindən çoxdur və s. Birincisi, Vəhdət Partiyası yarananda Bakı və Kəndlər Birliyinin minlərlə üzvlərinin bazasında yaranıb, indi də 17 min köhnə üzvlərinin anketləri mövcuddur ki, kim istəsə Partiyaya gəlib bunu yoxlaya bilər. Sadəcə olaraq, həmin anketlərin əksəriyyəti yeni qanunun tələblərinə cavab vermədiyi üçün Ədliyyə Nazirliyinə təqdim olunmayıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Vəhdət Partiyası MNTK-nın sədri Ehtibar Səmədov bildirib.

 

“İkincisi, Partiyamızın onlarla üzvləri (içi mən qarışıq) aylarladır, Respublikanın rayonlarına ezam olunaraq, yerli təşkilat fəalları ilə birlikdə Partiyamıza üzvlər cəlb etmişik. Şübhəsiz ki, Partiya sədrimiz Tahir Kərimlinin əhali arasında nüfuzu bizə daha çox yardım edib. Bu əziyyətimizi yerə vurmaq istəyən Cəmil Həsənli və Sevinc Osmanqızının ironiyası ən çox AXCP-yə aiddir ki, fil qulağında yatıblar, bir çox rayon təşkilatının çoxdan tamamilə dağılmasından xəbərləri yoxdur və ya Cəmil bunu şişirdir. Nəhayət, Cəmil Həsənli onu demir ki, Tahir Kərimli nə üçün onları ifşa edib. Beləliklə, “Rusiya Milyarderlər İttifaqının” əlaltısı olan Milli Şuranın sədri öz ampluası ilə deqredasiya olunmuş Cəbhə hərəkatını yaman günə qoymalarını illuziyası ilə ört-basdır etməsi növbəti uğursuz cəhddən başqa bir şey deyil”, - E.Səmədov qeyd edib.

Tarix: 18 İyul 2023, 14:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin