BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azəriqaz" qaydaları pozdu - MƏHKƏMƏ

"Azəriqaz" İB-nin barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, İB barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (Avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

 

İş hakimlər Qalib Paşayevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasları avqustun 1-nə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 18 İyul 2023, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin