BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda dəhşətli qəza törədən sürücü məhkəmə qarşısında

Salyanda ölümlə nəticələnən ağır yol qəzası törətməkdə təqsirləndirilən Əli Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: hadisə bu il aprelin 5-də saat 15:45-də Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 26-cı kilometrliyində qeydə alınıb.

 

Belə ki, 2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlu idarə etdiyi “KamAZ 65115” markalı 42-BM-084 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşıda yolun sağ kənarında dayanmış 1976-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlunun idarə etdiyi “Hyundai Accent” markalı 99-TN-320 dövlət qeydiyyat nişanlı minik avtomobilini arxadan vurub.

 

Hadisə nəticəsində “Hyundai Accent” markalı avtomobilin sərnişinləri 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Muradova Mirsəkinə Mirqiyam qızı, 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı və 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu aldıqları xəsarətlərdən ölüblər.

 

Digər sərnişinlər 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı, sürücülər Hüseynov Elxan Ramil oğlu və Dadaşov Əli Səfail oğlu xəsarət alıblar.

 

Daha sonra Əli Dadaşov cinayət məsuliyyətinə vəlb edilib.

Tarix: 19 İyul 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin