BURADA REKLAMINIZ OLA
BİLƏR

10 il əvvəl Rusiyada qətl törədən azərbaycanlının işinə bu tarixdə baxılacaq

10 il əvvəl Rusiyada qətl törətməkdə təqsirləndirilən azərbaycanlı Nazim Kazımovun cinayət işi icraata verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses avqustun 4-nə təyin edilib.

 

İş hakim Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: 2013-cü il aprelin 1-də Rusiyanın Volqoqrad şəhərinin Krasnoarmeyski rayonunda Rusiya vətəndaşı Abdulov Ravil Amiroviçin öldürülməsi faktı ilə bağlı Volqoqrad şəhər Krasnoarmeyski rayon İstintaq şöbəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Azərbaycan vətəndaşı Kazımov Nazim Məhəmməd oğlu tərəfindən törədilməsi və sonuncunun Azərbaycan ərazisində olması müəyyən edildiyindən iş istintaqın davam etdirilməsi üçün Azərbaycan Baş Prokurorluğu vasitəsilə Goranboy Rayon Prokurorluğuna göndərilib.

 

İstintaqla Nazim Kazımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Ravil Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Nazim Kazımova Cinayət Məcəlləsinin 12.1, 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan olunaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 19 İyul 2023, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin